AZ

Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub

Azərbaycan

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan NATO-nun xarici işlər nazirləri səviyyəsində Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn iyunun 28-də jurnalistlərə açıqlamasında məlumat verib.

“ABŞ Dövlət katibi Antoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan da daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir. Hər iki ölkənin bu tədbirdə iştirakını gözləyirik. Bu xarici işlər nazirləri səviyyəsində bir görüş olacaq. Tədbirdə ümumilikdə 30 tərəfdaş ölkə iştirak edəcək”, - deyə Ceyms O’Brayn vurğulayıb.

Seçilən
92
50
azertag.az

10Mənbələr