Həsən bəy Zərdabi 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib.
İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıq fənnindən dərs deyib.
1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyub.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edib.
O, 1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan "Əkinçi"nin nəşrinə başlayıb. Lakin qəzetin ömrü uzun çəkməyib -1877-ci il sentyabrın 29-da nəşri dayandırılıb.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunub.
Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyib.
1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunub.
Məzarı 1957-ci ildə Fəxri xiyabana köçürülüb.
7Mənbələr
-
tehsil.bizHəsən bəy Zərdabinin doğum günüdür ( 8077205)
-
demokrat.azHəsən bəy Zərdabinin doğum günüdür ( 8071619)
-
pravda.azMilli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür ( 8071265)
-
ikisahil.azHəsən bəy Zərdabi xalqımızın inkişafında yeni mərhələnin əsasını qoydu ( 8062061)
-
1news.azBu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür ( 8058437)
-
ilk.azBu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür ( 8050379)
-
azertag.azBu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin doğum günüdür ( 8050085)