Rusiyanın müdafiə naziri Andrey Belousov orduya Qara dəniz üzərində uçan ABŞ pilotsuz təyyarələrinə (PUA) qarşı ehtiyat tədbirlərinin görülməsi tapşırığını verib.
Müdafiə Nazirliyi ABŞ-ın pilotsuz uçuş aparatlarının regionda fəaliyyətini artırdığını açıqlayıb. Nazirlik "havada insident" ehtimalının və birbaşa qarşıdurma risqinin artdığını bildirir.
Qeyd edilir ki, pilotsuz uçuş aparatlarının Qara dəniz üzərində uçması nəticəsində yarana biləcək insidentlərə görə, məsuliyyət münaqişəyə getdikcə daha çox cəlb edilən NATO ölkələrinin üzərinə düşüəcək.
TAHİR