Nihad Tağızadə “Rabitəbank” ASC-də Proseslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentinin direktoru vəzifəsinə yeni təyinat edilib.
N.Tağızadə Bakı Dövlət Universitetində “Kompüter elmləri” ixtisası üzrə bakalavr təhsili alıb. 2014-cü ildən 2016-ci il tarixinə kimi ilk əmək fəaliyyətinə qeyri-bank sektorunda başlayan Nihad Tağızadə 2017-ci ildən etibarən bank sektorunda müxtəlif banklarda və müxtəlif vəzifələrdə fəaliyyət göstərməyə başlayıb. Proqram təminatı şöbəsinin Proqramlaşdırma bölməsində mütəxəssis kimi karyerasına başlayan N.Tağızadə daha sonra həmin departamentin ABİS-in inkişafı bölməsinə keçmiş və həmin şöbə üzrə aparıcı mütəxəssis, böyük mütəxəssis vəzifələrində çalışmışdır. 01.10.2020-ci il tarixindən isə Rəqəmsal həllərin tətbiqi və dəstəklənməsi şöbəsinin müdiri vəzifəsinə kimi yüksəlmişdir. 22.01.2021-ci il tarixindən Marketing və Agile metodologiyanın tətbiqi idarəsinin Agile eskpert mərkəzinin Agile kouç vəzifəsinə təyin edilmiş, 13.07.2021-ci il tarixindən etibarən isə “Rabitəbank” ASC-də Rəqəmsal məhsulların inkişafı şöbəsinin Rəqəmsal məhsulları üzrə meneceri vəzifəsində çalışmışdır. Həmçinin, 01.04.2022-ci il tarixindən etibarən bir sıra banklarda layihənin inkişafı departamentinin ödənişlər, kart hesablarının artırılması, loyallıq və keşbek istiqamətinin rəhbəri və Rəqəmsal kanallar sahəsinin baş məhsul sahibi olaraq fəailyyət göstərmişdir.