Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Fəqan Yaqubov dəfn edilib - FOTO
Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Fəqan Misir oğlu Yaqubovla Tərtər rayonunda keçirilən vida mərasimi başa çatıb. 1news.az-ın "Report"a istinadən məlumatına görə, şəhidin nəşi rayonun Sarəcalı kənd qəbiristanlığında dəfn olunub. Dəfn mərasimində şəhidin doğmaları, Tərtər Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.