AZ

Azərbaycan üzgüçülərindən uğurlu start

Azərbaycan üzgüçüləri Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında mübarizə aparır.

90deqiqe.Az xəbər verir ki, Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə üzgüçülərimizdən Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla isə bürünc medal qazanıb.

Bu beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə milli komandanın üzvləri – İdman ustası Oqtay Hüseynov, İdman Ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova və Xumar Mustafayeva təmsil edirlər.

"Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük yarışları 28 iyun-4 iyul tarixlərində davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
90deqiqe.az

10Mənbələr