AZ

İdmançımızdan Rusiyada iki mükafat

Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadə Rusiyada keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında uğurlu çıxış edib.

Üzgüçülük Federasiyasından Msport.az-a verilən məlumata görə, idmançı 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medallar qazanıb.

Beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə İdman ustası Oqtay Hüseynov, İdman Ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova, Xumar Mustafayeva təmsil edirlər.

Qeyd edək ki, “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları 28 iyun-4 iyul tarixlərinədək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
10
msport.az

10Mənbələr