AZ

Lahıc-Dəmirçi-Şamaxı yolunda çatlar və yarğanlar yarandı

Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolu yararsız hala düşüb.

 

Aramsız yağan yağışlardan sonra yolda çökmələr yaranıb. Yolda bəzi yerlərdə 50-60 santimetr dərinliyində çatlar əmələ gəlib.

 

Bundan əlavə, yolda yarganlar yaranıb. Yarğanların ümumi sayı 30-a yaxındır. Ən təhlükəli hal yolun Lahıc qəsəbəsinə çatan hissəsində müşahidə olunur. Ərazidə çökmənin sayı çox olduğundan təhlükəli vəziyyət yaranıb.

 

APA

Tarix: 28 İyun 2024, 16:06   
Seçilən
50
5
pravda.az

6Mənbələr