AZ

Alsu boşanması haqda danışdı



18 illik evliliyini bitirməyə hazırlaşan müğənni Alsu həyat yoldaşı Yan Abramovun barışmaq üçün atdığı addımlara məhəl qoymadığını bildirib.

AİA.Az azxeber.com-a istinadən xəbər verir ki, sənətçi geri addım atmayacağını bildirib.

Alsu, ərinin ona 2.5 milyard rubl ödəmək istəməsini isə yalan adlandırıb:

"Hazırda onun vəkilinin şərhinə baxaraq deyə biləcəyim yeganə şərh odur ki, boşanma olacaq. Sadəcə olaraq məhkəməyə verilən 2 aylıq ara ailəni qorumaq və barışmaq üçün yox, məhkəmənin şərtlərini sülh yolu ilə həll etmək üçündür. Əmlakın bölüşdürülməsi mənim tərəfimdən tələb olunub və buradan geriyə yol yoxdur".



Seçilən
47
1
aia.az

2Mənbələr