“Tullantıların idarəedilməsi” altsistemi nazirliyin Rəqəmsal Ekologiya Vahid İnformasiya Sisteminin altsistemi olacaq təşkil ediləcək.
Demokrat.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov “Yaşıl dünya naminə həmrəylik: dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumu çərçivəsində keçirilən “Tullantıların idarə edilməsində innovasiya” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.
R.Həsənovun sözlərinə görə, informasiya sistemi daxilində həm təhlükəli tullantıların, həm də əhali və qeyri-əhali subyektlər tərəfindən formalaşdırılan tullantıların uçotunun aparılması və toplanan məlumatların emal olunması nəzərdə tutulub. Həmçinin toplanmış və emal olunmuş məlumatlar effektiv idarəetmənin təmin olunması məqsədilə digər dövlət qurumları ilə mübadilə ediləcək.
Bildirilib ki, toplanmış məlumatlar uçotun və hesabatlılığın çevik əsaslarla aparılmasını təmin edəcək. Emal olunmuş məlumatlar bu sahədə fəaliyyət göstərən qurumlara məlumat əsaslı qərarların qəbulu üçün yeni imkanlar yaradacaq.
8Mənbələr
-
ekologiya.azTullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır ( 8074217)
-
ikisahil.azTullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır ( 8063486)
-
az.trend.azTullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır ( 8062796)
-
demokrat.azTullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır ( 8062253)
-
operativmedia.azAzərbaycanda tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır ( 8061974)
-
banker.azTullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır ( 8061893)
-
bakivaxti.azTullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır ( 8061770)
-
azertag.azTullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır ( 8061548)