AZ

Tullantıların idarə olunması ilə bağlı informasiya sistemi yaradılır

Bakı. Trend:

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadiinkişaf Strategiyası”nda müəyyən olun 5 prioritet istiqamətdən biridə təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilməkdir.Strategiyanın tətbiqi ilə bağlı tərtib olunmuş tədbirlər planındatullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi iləbağlı uçotun təkmilləşdirilməsi, məlumat bazasının və elektroninformasiya sisteminin yaradılması tapşırığı müəyyən olunub.Tapşırığın icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvaləedilib. İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və “TəmizŞəhər” ASC isə prosesin əsas iştirakçıları olaraqmüəyyənləşdirilib.

“Tullantıların idarəedilməsi” altsistemi nazirliyin RəqəmsalEkologiya Vahid İnformasiya Sisteminin altsistemi olacaq təşkilediləcək.

Trend xəbər verir ki, bunu ekologiya və təbii sərvətlərnazirinin müşaviri Rüstəm Həsənov “Yaşıl dünya naminə həmrəylik:dayanıqlı gələcək üçün tullantıdan dəyərə” Beynəlxalq Forumuçərçivəsində keçirilən “Tullantıların idarə edilməsində innovasiya”mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

R.Həsənovun sözlərinə görə, informasiya sistemi daxilində həmtəhlükəli tullantıların, həm də əhali və qeyri-əhali subyektlərtərəfindən formalaşdırılan tullantıların uçotunun aparılması vətoplanan məlumatların emal olunması nəzərdə tutulub. Həmçinintoplanmış və emal olunmuş məlumatlar effektiv idarəetmənin təminolunması məqsədilə digər dövlət qurumları ilə mübadiləediləcək.

Bildirilib ki, toplanmış məlumatlar uçotun və hesabatlılığınçevik əsaslarla aparılmasını təmin edəcək. Emal olunmuş məlumatlarbu sahədə fəaliyyət göstərən qurumlara məlumat əsaslı qərarlarınqəbulu üçün yeni imkanlar yaradacaq.

Qeyd olunub ki, həmçinin uçot mexanizminin təkmilləşdirilməsiilə bağlı normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətindəparalel işlər aparılır. Bu istiqamətdə yeni hesabatlılıqmexanizminin və hesabat formalarının da müvafiq qurumlar tərəfindənyaxın gələcəkdə təsdiq edilməsi gözlənilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
7
az.trend.az

8Mənbələr