AZ

ABŞ Nümayəndələr Palatasından qalmaqallı qərar

ABŞ Nümayəndələr Palatası Dövlət Departamentinin İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı ilə bağlı Qəzzada Səhiyyə Nazirliyinin məlumatlarını paylaşmaması ilə bağlı qanun layihəsini qəbul edib.

Turkustan.az xəbər verir ki, İsrailin hücumları nəticəsində Qəzzada ölən və yaralanan fələstinlilərin sayının bölüşdürülməməsi ilə bağlı qanun layihəsi ABŞ Nümayəndələr Palatasının üzvlərinin səsverməsinə çıxarılıb.

Qəzzadakı Səhiyyə Nazirliyinin məlumatlarının ABŞ Dövlət Departamenti tərəfindən paylaşılmasının qarşısını almağı hədəfləyən qanun layihəsi 144 “xeyr” səsinə qarşı 269 “hə” səsi ilə qəbul edilib.

Qanun layihəsinin qanuna çevrilməsi üçün Senatda da səsvermədən keçməlidir.

ABŞ Konqresinin Fələstin əsilli yeganə üzvü Rəşidə Tlaib Nümayəndələr Palatasındakı çıxışında qanun layihəsinin dəstəklənməsini “iyrənc” adlandırıb.

Parlamentdə Qəzzada ölən və yaralananların sayını oxuyan Tlaib, "Bu, soyqırımı inkar etməkdir. Parlament üzvləri fələstinlilərin ölənlərin sayına belə qadağa qoymaq istəyirlər" dedi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
96
1
turkustan.az

1Mənbələr