Böyük Britaniyada Ukrayna hərbçilərinin təlimində 20-yə yaxın finlandiyalı təlimatçı iştirak edib.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bununla bağlı Finlandiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Nazirlikdən verilən məlumata görə, Kiyevə hərbi yardımın 24-cü partiyası köçürülüb. Bütün çatdırılmaların ümumi dəyəri 2,2 milyard avro olaraq qiymətləndirilir.
Bundan əlavə, Finlandiya Kiyev üçün Çexiyanın təşəbbüsünə qoşulub. O cümlədən, Almaniya, İtaliya və Polşa ilə birlikdə zirehli koalisiyanın bir hissəsi olmaq qərarına gəlib.
Gülşən Şərif