AZ

SosialAydın Kərimov: “SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”

SİZİN REKLAM BURADA!055 213 76 73

Şuşada “SOCAR Petroleum” QSC-yə daimi əsasda fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi üçün yer ayrılıb və artıq tikinti işlərinə başlanıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib.

Görülən işlər barədə məlumat verən A.Kərimov qeyd edib ki, Şuşada, həmçinin “Azpetrol” şirkətinin modul tipli yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir: “Hazırda ərazidə bir neçə ictimai iaşə obyektlərinin, kafe və restoranların tikintisi yekunlaşmaq üzrədir. Qarşıdakı həftələrdə onların istifadəyə verilməsi nəzərdə tutulur və yeni müraciətlərə də baxılır”.

BAKU.WS

Seçilən
26
4
far.az

5Mənbələr