AZ

“SOCAR Petroleum” Şuşada daimi əsaslı YDM-nin tikintisinə başlayıb”

Şuşada “SOCAR Petroleum” QSC-yə daimi əsasda fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi üçün yer ayrılıb və artıq tikinti işlərinə başlanıb.

Bunu Azərbaycan Prezidentinin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib.

Görülən işlər barədə məlumat verən A.Kərimov qeyd edib ki, Şuşada, həmçinin “Azpetrol” şirkətinin modul tipli yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir: “Hazırda ərazidə bir neçə ictimai iaşə obyektlərinin, kafe və restoranların tikintisi yekunlaşmaq üzrədir. Qarşıdakı həftələrdə onların istifadəyə verilməsi nəzərdə tutulur və yeni müraciətlərə də baxılır”.

© Report

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
marja.az

5Mənbələr