AZ

Hava limanının damı uçdu, ölən və yaralananlar var

Hindistanda güclü yağış nəticəsində Dehli hava limanının damı uçub, 1 nəfər ölüb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehlidə hava limanının damı güclü yağış səbəbindən uçub.

Yerli mətbuat həftə boyu davam edən yağışlar nəticəsində damın uçduğunu, 1 nəfərin öldüyünü, 4 nəfərin yaralandığını bildirib.

Səlahiyyətlilər bu gün Dehli hava limanının Terminal-1 hissəsinin damının güclü yağış səbəbindən bu səhər çökdüyünü açıqlayıb. Təcili yardım qrupları hadisədə yaralananlara tibbi yardım göstərildiyini qeyd edib.

Mülki Aviasiya Nazirliyi bildirib ki, yalnız daxili reyslərin həyata keçirildiyi Terminal 1-dən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb. 

Dehli Hava Limanından edilən son açıqlamada bildirilib:

\"Terminal 3 və Terminal 2-dən bütün gələn və gedən reyslər tam fəaliyyətdədir. Terminal 1-in gəliş nöqtəsində də uçuşlar həyata keçirilir. Bununla belə Terminal 1-dən həyata keçirilən uçuşlar yerli vaxtla saat 14.00-a qədər ləğv edilib”.

Nəzrin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
2
azxeber.com

6Mənbələr