AZ

Amerika Kuboku: Kolumbiya Kosta-Rikaya, Paraqvay Braziliyaya qarşı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerika Kubokunun ikinci tur görüşlərinə Kolumbiya-Kosta-Rika, Paraqvay-Braziliya görüşləri ilə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, ilk görüşdə Paraqvayı 2:1 hesabı ilə məğlub edən Kolumbiya millisi liderliyini qorumaq üçün bu gecə Kosta-Rika ilə matçda da qalib gəlməyə çalışacaq. Braziliya isə Kosta-Rika ilə oyundakı qolsuz bərabərlikdən sonra qələbə qazanmaq əzmindədir.
Hazırda aktivində üç xalı olan Kolumbiya millisi D qrupunun lideridir. Hərəyə bir xalı olan Braziliya və Kosta-Rika ikinci-üçüncü pillələri bölüşür. Xalsız olan Paraqvay isə qrupunun sonuncusudur.
29 iyun
D qrupu
Kolumbiya Kosta-Rika
Saat 02:00, "State Farm Stadionu"
Paraqvay Braziliya
Saat 05:00, "Allegiant Stadionu"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
7
oxu.az

10Mənbələr