AZ

Amerika Kuboku: 1/8 final mərhələsinə adlayan sonuncu komandalar bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Futbol üzrə Amerika Kubokunun qrup mərhələsində sonuncu görüşlər keçirilib.
Oxu.Az xəbər verir ki, D qrupunda qərarlaşan Braziliya millisi Kolumbiyanı yığmasını, Kosta-Rika isə Paraqvayı qəbul edib.
Braziliya - Kolumbiya oyununda bərabərlik qeydə alınıb. Matçın 12-ci dəqiqəsində Rafinya Braziliya komandasını irəliyə çıxarsa da, 45+2-ci dəqiqədə Daniel Munyos Mexiya bərabərlik qolunu vurub – 1:1.
Kosta-Rika - Paraqvay oyununda isə üç qol vurulub. Matçın üçüncü dəqiqəsində Fransisko Kalvo, cəmi dörd dəqiqə sonra isə Xosimar Alkoser fərqləniblər – 2:0. Paraqvayın oyunçusu Ramon Sosanın oyunun 55-ci dəqiqəsində vurduğu qol isə sonuncu olub – 2:1.
Beləliklə, aktivində 7 xal olan Kolumbiya və 5 xal qazana bilmiş Braziliya 1/8 final mərhələsinə adlaya biliblər. Kosta-Rika 4 xalla qrup üçüncüsü olub, Paraqvay isə xal toplaya bilməyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
2
oxu.az

10Mənbələr