"Aparılan işlər nəticəsində yaşlı nəslin o cümlədən, gənclərin rifahını artırıb. Belə ki, məşğulluğun artırılması məqsədilə yeni iş yerləri açılıb. Bu da gəncləri Laçın rayonunda fəaliyyət göstərməyə təşviq edir", - Abduraxmanova iyunun 28-i "Qayıdış Könüllüləri" Proqramı Laçın Könülləri mətbuat konfransında çıxışı zamanı qeyd edib.
O bildirib ki, Laçında qısa müddətdə genişmiqyaslı işlər görülüb.
"Laçın rayonuna ümumilikdə 789 ailə, 2944 nəfər məskunlaşdırılıb.
Qısa zaman ərzində genişmiqyaslı tədbirlər çərçivəsində Laçın şəhəri, Zabux və Sus kəndində infrastrukturun bərpası və yenidənqurma işləri aparılıb", - məsləhətçi vurğulayıb.
Aygün
www.anews.az