Zəngilan, 28 iyun, Aydın Yavərzadə, AZƏRTAC
Zəngilan Rayon Polis Şöbəsi Dövlət Sərhəd Xidməti ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir zamanı Mincivan qəsəbəsində yabanı halda bitən 2 tondan artıq 4657 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.