AZ

Yunanıstan Türkiyəyə qarşı yeni silahlar alır

Yunanıstan

Yunanıstan Parlamentinin Silahlanma Komissiyası 20 ədəd “F-35” qırıcı təyyarəsi almaq və “Constellation” tipli freqat tikinti proqramında iştirakın qiymətləndirilməsi təklifini qəbul edib.

Reyting.az
-ın xəbərinə görə, müdafiə naziri Nikos Dendias 20 ədəd “F-35”-in alınması və “Constellation” tipli freqatların inşası proqramında iştirakın qiymətləndirilməsi ilə bağlı parlamentin Silahlanma Komissiyasına təkliflərində qeyd edib ki, hərbi təyyarələr ölkənin çəkindirmə gücünü artıracaq.

Nazir bildirib ki, Yunanıstanda “Constellation” tipli freqatın yaradılması proqramında iştirak etməyə qərar verilərsə, bu freqat Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün mühüm bir güc olar.

Dendiasın “F-35” və “Constellation” tipli freqatlarla bağlı təklifi Silahlanma Komissiyasında səs çoxluğu ilə qəbul edilib.

ELÇİN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
3
reyting.az

4Mənbələr