AZ

Yunanıstandan qorxulu addım: 20 ədəd F-35 döyüş təyyarəsi...

Yunanıstanda Parlamentin Silahlanma Komissiyası 20 ədəd F-35 almaq və Constellation tipli freqat tikinti proqramında iştirakın qiymətləndirilməsi təklifini qəbul edib.

Turkustan.az xəbər verir ki, Yunanıstanın AMNA Dövlət Agentliyinin xəbərinə görə , müdafiə naziri Nikos Dendias Parlamentin Silahlanma Komissiyasına 20 ədəd F-35-in alınması və Constellation tipli freqatların inşası proqramında iştirakın qiymətləndirilməsi ilə bağlı təkliflər təqdim edib.

Nazir Dendias F-35 hərbi təyyarələrinin ölkənin çəkindirmə gücünü artıracağını müdafiə etdi.

Dendias iddia edib ki, Yunanıstanda Constellation tipli freqatın yaradılması proqramında iştirak etmək qərarı alınarsa, bu freqat Yunanıstan Hərbi Dəniz Qüvvələri üçün mühüm bir güc olacaq.

Dendiasın F-35 və Constellation tipli freqatlarla bağlı təklifi Komissiyada səs çoxluğu ilə qəbul edilib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
3
turkustan.az

4Mənbələr