"Şuşada 20 yaxın sahibkara iş görməsi üçün şərait yaradılıb. 10 binanın tikintisi davam edir ki, bunun da 8-nin tikintisi özəl sektorun payına düşür. Həftəsonu Şuşaya gələn turistlərin sayında artım var. Daşaltıda turistlərin cəlb edilməsi üçün zona ayrılıb ki, orada fərdi evlərin tikilməsi üçün sahibkara şərait yaradılacaq",- Kərimov iyunun 28-də Şuşada keçirilən Sahibkarlar üçün yeni imkanlar: Qarabağı Birlikdə Quraq adlı tədbirdə çıxışı zamanı deyib.
Kərimov söyləyib ki, təkcə Qurban bayramı zamanı Şuşaya 13 min turist səfər edib.
Gülnar Nazimqızı
www.anews.az