Almaniyada paytaxt Berlinin yaxınlığındakı "Tesla" zavoduna məxsus ərazidə İkinci Dünya müharibəsindən qalma partlamamış aviabomba aşkarlanıb.
Qeyd olunub ki, "Tesla"nın əlavə obyektlər yerləşdirməyi planlaşdırdığı meşədə 250 kiloqram ağırlığında mərmi tapılıb. Bu meşəyə tez-tez 100 hektar bitki örtüyünün kəsilməsini nəzərdə tutan ABŞ zavodunun genişləndirilməsinə etiraz edən fəallar toplaşırlar.
Ekspertlər artıq iyunun 29-da məhv ediləcək sursatların müsadirəsi ilə məşğul olurlar.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az