Cəlilabadda su bəndində 1 nəfər batıb.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Gülməmmədli kəndində yerləşən su bəndində qeydə alınıb.
Hazırda boğulan şəxsin axtarışı aparılır.
Hadisənin təfərrüatı və boğulan şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlayıb.
***
Cəlilabad rayonunda su bəndində batan şəxsin meyiti tapılıb.
Bildirilib ki, rayon sakini, 2013-cü il təvəllüdlü Səməd Mənsurovun meyiti aidiyyəti üzrə təhvil verilib.