Azərbaycanın yeniyetmə cüdoçusu Bolqarıstan paytaxtı Sofiya şəhərində keçirilən Avropa çempionatında uğurlu çıxış edib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan Bahadır Feyzullayev fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala sahib çıxıb.Qeyd edək ki, Avropa çempionatına iyunun 30-da yekun vurulacaq.