AZ

UEFA Albaniyanı üçüncü dəfə cəzalandırdı

UEFA-nın Etika və İntizam Komissiyası Albaniya Futbol Federasiyasını (FSHF) AVRO-2024-ün qrup mərhələsinin 3-cü turunun İspaniya ilə oyununda (0:1) milli komandanın azarkeşlərinin davranışına görə 86 500 avro məbləğində cərimələnməsinə qərar verib. Matc.az xəbər verir ki, bu barədə CNA məlumat yayıb. Albaniya millisinin bəzi azarkeşlərinin oyun meydançasına yad əşyalar atması, qəbuledilməz mesajlar yayması, fakel yandırması FSHF-nin cərimələnməsinə səbəb olduğu vurğulanır. Bundan əlavə, albaniyalı azarkeşlərindən biri oyun zamanı meydançaya qaçıb. Bu cərimə Albaniya millisi üçün AVRO-2024-də üçüncü cəza olub. Bundan əvvəl UEFA millini qrup mərhələsinin 1-ci turunun İtaliya ilə oyununda azarkeşlərin davranışına görə 37 375 avro, Xorvatiya ilə II tur matçının nəticələrinə görə isə 47 500 avro cərimələyib.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
matc.az

3Mənbələr