AZ

AVRO-2024: Albaniya millisi üçüncü dəfə cərimələndi

UEFA-nın Etika və İntizam Komissiyası Albaniya Futbol Federasiyasının (FSHF) 86 500 avro məbləğində cərimələnməsi barədə qərar qəbul edib.

Buna AVRO-2024-ün qrup mərhələsinin üçüncü turunun İspaniya ilə oyununda (0:0) azarkeşlərin davranışı səbəb olub.

Albaniya millisinin bəzi azarkeşlərinin oyun meydançasına əşyalar atması, qəbuledilməz mesajlar yayması, fişəng yandırması FSHF-nin cərimələnməsi üçün əsas olub. Bundan əlavə, alban azarkeşlərindən biri oyun zamanı meydançaya qaçıb.

Qeyd edək ki, bu cərimə Albaniya millisi üçün AVRO-2024-də üçüncü cəza olub. Bundan əvvəl UEFA qrup mərhələsinin birinci turunun İtaliya ilə oyununda azarkeşlərin davranışına görə FSHF-ni 37 375 avro, Xorvatiya ilə ikinci tur oyunundan sonra isə 47 500 avro cərimələyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
2
korrespondent.az

3Mənbələr