AZ

İliya Darçiaşvili: "Tbilisi Bakı və İrəvan arasında dialoqa töhfə verməyə hazırdır"

"Gürcüstan tərəfi hər zaman Azərbaycan və Ermənistan arasında konstruktiv kommunikasiyaya yardım etməyə hazırdır". 


Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı məlumat verib. 

 

"Biz dəfələrlə sübut etmişik və bir daha qeyd etmək istəyirəm ki, Gürcüstan həmişə Cənubi Qafqazda dinc əməkdaşlığın və birgəyaşayışın tərəfdarı olub. 

 

Biz hər zaman tərəflər arasında konstruktiv ünsiyyəti təşviq etməyə və qarşılıqlı faydalı əməkdaşlığa doğru konkret addımlar atmağa hazırıq”, - deyə Darçiaşvili Tbilisiyə rəsmi səfərə gəlmiş  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib. 

 

İnci

Seçilən
171
14
sfera.az

10Mənbələr