Pakistanın Sind əyalətinin Kəraçi şəhərində 40 dərəcədən yuxarı temperatur insan ölümünə davam edir.
Şəhərdə havanın temperaturu yüksək rütubətlə birlikdə 49 dərəcəyə qalxdığından can itkisi artır.
6 gündə 568 nəfər ölüb
Təcili yardım servisi Edhidən verilən açıqlamada, həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi, lakin son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib.
Bildirilib ki, ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü baş verib.