İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem komanda yoldaşı Harri Keynə nalayiq sözlər deyib.
QOL.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
İngilltərə yığması Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Sloveniya ilə qarşılaşıb. Sözügedən görüşdə 0:0 hesablı heç-heçə qeydə alınıb. Matçın gedişatı Cud Bellinqemi qane etməyib. Bildirilir ki, o, ötürmələr zamanı Harri Keyni təhqir edib.
Qeyd edək ki, İngiltərə millisi C qrupunda 5 xalla 1-ci yeri tutub və 1/8 finala adlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta