Almaniyaya ötən il miqrant axını 55% azalıb
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatında deyilir.
Məlumata görə, ölkədə 2022-ci ildə 1 milyon 462 min miqrant olub. Ötən il Almaniyanı tərk edənlərin sayı 1 milyon 270 min olaraq qeydə alınıb.
Beləliklə, 2022-ci il üçün 1 milyon 462 min olaraq açıqlanan miqrant sayı keçən il 663 minə enib.
Qeyd edək ki, 2022-ci ildə Ukraynadan gələn çoxlu sayda qaçqınlar səbəbilə ölkədə miqrantların sayı 1950-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.
Gözəl Həşimova