AZ

Ukraynaya 2 milyard avroya yaxın maddi dəstək

Ukrayna “Ukraine Facility” proqramı çərçivəsində Avropa İttifaqından 1,9 milyard avro məbləğində maliyyə dəstəyi tranşı alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "X"-də yazıb.

Şmıqalın sözlərinə görə, bu ilin əvvəlindən Aİ-nin ümumi büdcə dəstəyi artıq demək olar ki, 8 milyard avroya çatıb.

"Mən belə sarsılmaz dəstəyə görə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və onun bütün komandasına minnətdarlığımı bildirmək istəyirəm" .


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
2
yenisabah.az

3Mənbələr