AZ

Ukrayna Avropa İttifaqından daha 1,9 milyard avro aldı

Ukrayna Avropa İttifaqından 1,9 milyard avro məbləğində maliyyə dəstəyi tranşı alıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal X hesabında yazıb.

Tranş “Ukrayna Fondu” proqramı çərçivəsində verilib.

Şmıqalın sözlərinə görə, bu ilin əvvəlindən Aİ-nin ümumi büdcə dəstəyi artıq demək olar ki, 8 milyard avroya çatıb: “Mən belə sarsılmaz dəstəyə görə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və onun bütün komandasına minnətdarlığımı bildirmək istəyirəm”./unikal

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
2
yenicag.az

3Mənbələr