AZ

Siyasi şərhçi: “ABŞ Ermənistandakı iqtidardan istifadə edərək…”

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn Azərbaycana səfər edəcək. Azərbaycana gözlənilən səfəri nə ilə əlaqədar ola bilər?

Mövzu ilə bağlı sualımızı cavablayan siyasi şərhçi Həşim Səhrablı bildirdi ki, Ceyms Obrayn Azərbaycana səfəri regional siyasətlə bağlıdır:

“Son dövrlərdə Rusiya, artıq Şərq-Qərb qarşıdurmasının kəskinləşməsi fonunda bir az daha cəsarətlənib. Tək Şərqi Avropada deyil, bütün dünya siyasətində Qərblə mübarizəyə başlayıb. Eyni zamanda, Rusiya Cənubi Qafqazda, Ukrayna müharibəsi fonunda və ondan əvvəlki proseslərdə ənənəvi üstünlüyünü itirmişdi. İndi onu bərpa etməyə çalışır. Amerika Birləşmiş Ştatları isə Ermənistandakı iqtidardan istifadə edərək bölgədə öz varlığını Rusiyaya qarşı daha ciddi siyasi tədbirlər həyata keçirməyə çalışır”.

Həşim Səhrablının sözlərinə görə,  hazırda  ABŞ-nin  məqsədi Cənubi Qafqazda bir tərəfsizlik siyasəti əldə etməsidir:

“Yəni Cənubi Qafqaz dövlətləri Amerikanı dəstəkləməsələr də, paralel olaraq Rusiyaya dəstək verməsinlər. Obraynın Azərbaycana səfərinin məqsədi də budur. O, Azərbaycanın istəklərini nəzərə alaraq Amerikanın istəklərini çatdırmağa çalışacaq və qarşı tərəfdən də buna sayğı duymasını istəyəcək”.

Siyasi şərhçi bu qənaətdədir ki, Azərbaycan 30 ildir tərəf seçmir, bundan sonra da seçməyəcək:

“Azərbaycan nə Rusiya ilə, nə də Amerika düşmən olmaq istəyir. Özündən güclü, zəif fərqi yoxdur. Heç bir dövlətlə düşmən münasibətləri bəsləmək istəmir, qarşılıqlı maraqlar çərçivəsini üstün tutur”.

Emin ŞİRVANZADƏ

Seçilən
27
herbiand.az

1Mənbələr