AZ

Azərbaycan çempionunun oyunlarına təyinatlar açıqlandı

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının oyunlarına hakim təyinatları açıqlanıb.

Prosport.Az xəbər verir ki, ilkin mərhələnin B qrupunda Gürcüstan təmsilçisi “Football School Bridge”yə qarşı matçı monteneqrolu Miloş Boşkoviç idarə edəcək.

İsveçin “Qothenburq” kollektivi ilə keçiriləcək görüşdə isə ədaləti moldovalı Dumitri Muntean qoruyacaq.

28 iyun

19:00. “Football School Bridge” – “Şimal”

Baş hakim: Miloş Boşkoviç (Monteneqro)

Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva)

Dördüncü hakim: Robertas Valikonis (Litva)

1 iyul

19:00. “Şimal” – “Qothenburq”

Baş hakim: Dumitri Muntean (Moldova)

Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro)

Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro)

Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda keçiriləcək.

Qeyd edək ki, Xaçmazı təmsil edən “Şimal” komandası ötən mövsüm AFFA Region Liqasının qalibi olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
18
prosport.az

10Mənbələr