AZ

"Şimal" üçün monteneqrolu və moldovalı hakimlər

Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək "Şimal"ın ilkin mərhələnin B qrupunda keçirəcəyi  oyunlara hakim təyinatları açıqlanıb. Sport24az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
 
Qitə futbol qurumu "Football School Bridge" (Gürcüstan) ilə görüşə monteneqrolu, "Qothenburq"la (İsveç) matça isə moldovalı baş hakimi təyin edib.
 
Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda təşkil olunacaq.
28 iyun
19:00. "Football School Bridge" – "Şimal"Baş hakim: Miloş Boşkoviç (Monteneqro).Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva).Dördüncü hakim: Robertas Valikonis (Litva).
1 iyul
19:00."Şimal" – "Qothenburq"Baş hakim: Dumitri Muntyan (Moldova).Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro).Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
17
sport24.az

10Mənbələr