AZ

Türkiyə millisi AVRO 2024-də bu qədər qazandı

Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Çexiyanı 2-1 hesabı ilə məğlub edən Türkiyə millisi qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.  

Yenisabah.az xəbər verir ki, qrup oyunlarının yekunlaşması ilə milli komandaların bu mərhələdə qazandığı vəsaitin məbləği müəyyənləşib.

Türkiyə millisi iştirak haqqı olaraq 9 milyon 250 min, qrupdan çıxması müqabilində isə 3 milyon 500 min avro əldə edib. Yığmanın ümumi qazancı 12 milyon 750 min avro olub.

Növbəti mərhələdə Avstriya seçməsi ilə qarşılacaq Türkiyə millisi bu turu keçəcəyi təqdirdə daha 5 milyon avro qazanacaq.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
1
yenisabah.az

2Mənbələr