AZ

Türkiyə millisi AVRO 2024-də bu qədər qazandı

Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda Çexiyanı 2-1 hesabı ilə məğlub edən Türkiyə millisi qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb.  Qrup oyunlarının yekunlaşması ilə milli komandaların bu mərhələdə qazandığı vəsaitin məbləği müəyyənləşib.Türkiyə millisi iştirak haqqı olaraq 9 milyon 250 min, qrupdan çıxması müqabilində isə 3 milyon 500 min avro əldə edib. Yığmanın ümumi qazancı 12 milyon 750 min avro olub.Növbəti mərhələdə Avstriya seçməsi ilə qarşılacaq Türkiyə millisi bu turu keçəcəyi təqdirdə daha 5 milyon avro qazanacaq.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2Mənbələr