AZ

Aİ Ukraynaya 1,9 milyard avro tranş ayırıb

Ukrayna Avropa İttifaqından (Aİ) 1,9 milyard avro alıb. Bu barədə Ukrayna KİV-də ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

"Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından 1,9 milyard avro məbləğində şərtsiz maliyyə (Pre-financing) tranşı daxil olub”, - məlumatda bildirilib.
Nazirlik vurğulayıb ki, 2022-ci ilin fevralından Aİ Ukraynaya təxminən 35 milyard avro birbaşa büdcə yardımı edib.
 
2023-cü il dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ sammitində Macarıstan Baş naziri Viktor Orban Aİ-nin 2024-2027-ci illər üçün büdcəsinə Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb.  Macarıstan Kiyevə vəsaitlərin xərclənməsinə ciddi nəzarət etməklə illik əsasda maliyyə yardımı göstərməyi təklif edib.
 
Aİ-nin baş diplomatı Cozep Borrell Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, bu yardım Ukraynaya tez çatmalı və "hər hansı blokadaya yol verməməlidir".

Aytac

 


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
9
anews.az

10Mənbələr