"Əvvəlki dövrdə müəllimlərin işə qəbulu (MİQ) və yerdəyişmə imtahanlarında iştirak edib 30 və daha çox bal toplayanların sertifikatlaşdırma nəticələri əhəmiyyətli dərəcədə yüksək olub (keçid faizi – 99 %).
Moderator.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev ADA Universitetində "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazir qeyd edib ki, hər iki nəticə arasında yüksək sayıla biləcək əlaqə mövcuddur (70 % korrelyasiya).
Sertifikatlaşdırmada bu qrup üzrə nəticənin orta hesabla 52 bal təşkil etdiyini vurğulayan nazir bildirib ki, MİQ) imtahanlarından keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43-dür.