AZ

İngiltərə millisinin üzvü oyun zamanı komanda yoldaşını təhqir edib

İngiltərə

Bakı, 27 iyun, AZƏRTAC

İngiltərə millisinin futbolçusu Cud Bellinqem Avropa çempionatının qrup mərhələsinin III turunda Sloveniya ilə oyun zamanı komanda yoldaşı Harri Keynin ünvanına nəlayiq ifadələr işlədib.

AZƏRTAC xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi birinci hissənin sonlarına yaxın H. Keyninin topla olduğu vaxt onu təhqir etməyə başlayıb.

Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da qrupu 5 xalla lider bitirən İngiltərə yığması 1/8 finala yüksəlib.

Qeyd edək ki, Qaret Sautqeytin komandası 1/8 finalda Slovakiya ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
8
azertag.az

9Mənbələr