AZ

Bellinqem oyun zamanı komanda yoldaşını təhqir edib

Yazını böyüt
Yazını kiçilt

İngiltərə millisinin futbolçusu Cud Bellinqem Avropa çempionatının qrup mərhələsinin III turunda Sloveniya ilə oyun zamanı komanda yoldaşı Harri Keynin ünvanına nalayiq ifadələr işlədib.

Bu barədə İngiltərə mediası məlumat yayıb. Bildirilib ki, 21 yaşlı yarımmüdafiəçi birinci hissənin sonlarına yaxın ona pas ötürməyən H. Keyni təhqir etməyə başlayıb.

Görüş qolsuz heç-heçə ilə yekunlaşıb. Bununla da qrupu 5 xalla lider bitirən İngiltərə yığması 1/8 finala yüksəlib.

Qeyd edək ki, Qaret Sautqeytin komandası 1/8 finalda Slovakiya ilə qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
8
hafta.az

9Mənbələr