AZ

İranda rəy sorğusu: İslahatçı namizəd öndədir

İranda prezident seçkiləri qabağı keçirilmiş sorğuda islahatçı namizəd Məsud Pezeşkian 33,1 faiz səslə öndədir, ikinci yerdə Səid Cəlili (28,8 faiz) və Məhəmməd Baqer Qalibaf (19,1 faiz) üçüncü yerdədir. Məlumatı “Anadolu” verib. 

İyunun 26-da ISPA agentliyi müvafiq sorğu keçirib. Sorğu İranın 31 vilayətində aparılıb. Onda 18 yaşdan yuxarı 3589 nəfər iştirak edib.

Respondentlərin 33,1 faizi seçkilərdə yeganə islahatçı namizəd Pezeşkiana, 28,8 faizi isə Ali Milli Təhlükəsizlik Şurasının keçmiş baş katibi Cəliliyə səs verəcəklərini bildirib.

İran parlamentinin spikeri Qalibaf yalnız 19,1 faiz tərəfdar toplayıb.

“Mühafizəkarlar qanadının birliyini gücləndirmək üçün” namizədliyini geri götürən Əmir Hüseyn Qazizadə Haşimi respondentlərin 2,8, Əli Rza Zəkani 2,1 və Mustafa Purməhəmmədi 1,4 faizinin dəstəyini qazanıb.

XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
47
xalqqazeti.az

10Mənbələr