Ukrayna Silahlı Qüvvələrinə məxsus "MiQ-29" qırıcısı Rusiya ordusunun Belqoroddakı mövqelərinə hücum edib.
"AzPolitika" xəbər verir ki, bu barədə "Telegram" kanallarında video yayılıb.
Məlumata görə, Ukrayna ordusu hücum zamanı AASM-250 “Hammer” bombalarından istifadə edib.
Qeyd edək ki, sözügedən bomblar təyinat növündən asılı olaraq 250 kq, 500 kq və 1 ton ağırlığında ola bilir.
"AzPolitika.info"