AZ

Ceyhun Bayramov Ermənistan tərəfinin məlumatını TƏSDİQLƏDİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan və Ermənistan arasında sülh istiqamətində işlər davam etdirir. Müsbət istiqamətdə irəliləyişlər əldə edilib. Bunu delimitasiya və demarkasiya prosesinin başa çatdırılması haqda sənədin imzalanmasını deyə bilərik. Delimitasiya komissiyalar arasında işlər davam etdirilir və yaxın gələcəkdə müsbət xəbərlərin şahidi olacağıq".
"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Tbilisidə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə keçirdiyi brifinqdə deyib
Nazir bildirib ki, sülh müqaviləsinin imzalanması üçün də işlər aparılır:
"Son layihə bir neçə gün bundan öncə Ermənistana tərəfimizdən təqdim edilib. Hələ də Ermənistanda konstitusiyasında əfsuslar olsun ki, Azərbaycana ərazi iddiası bəndi var. Bu da sülh üçün ən böyük əngəllərdən biridir. Bu istiqamətdə Ermənistandan adekvat addımlar atmağı gözləyirik", - deyə Ceyhun Bayramov bildirib.
Qeyd edək ki, dünən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın Ermənistana sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi göndərdiyini açıqlamışdı.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
2
oxu.az

10Mənbələr