AZ

Rusiyadan qorxulu nüvə silahı təhlükəsi: Sığınacaqlar da xilas etməyəcək

Rusiya ilə Ukrayna arasında müharibə fonunda bu ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkovdan üstüörtülü təhdidlər gəldi.

KONKRET.az xəbər verir ki, Moskva ilə Qərb ölkələri arasında da gərginlik artır.

Qərb ölkələri ilə Rusiya arasında qarşılıqlı ittihamlar və təhdidlər davam edir. Bu gün Rusiyanın xarici işlər naziri Sergey Ryabkovdan həyəcanlı açıqlamalar gəlib.

Ryabkov nüvə silahı doktrinasını dəyişə biləcəyinə işarə edib.

“Əgər nüvə münaqişəsi olarsa, qərb siyasətçiləri bunkerlərdə belə gizlənə bilməyəcəklər”, – Ryabkov bildirib. Ryabkov nüvə silahı olan ölkələr arasında birbaşa münaqişənin ola biləcəyini desə də, anti-Rusiya münasibəti olmayan “digər” ölkələrlə hərbi tərəfdaşlığın yarana biləcəyini bildirib.

Günel Mikayılova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
konkret.az

2Mənbələr