AZ

Rusiyadan qorxulu nüvə silahı təhlükəsi: Sığınacaq belə xilas etmir

Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiya xarici işlər nazirinin müavini Ryabkovdan üstüörtülü təhdid gəlib.

Turkustan.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Moskva ilə Qərb ölkələri arasında da gərginlik artır...

Qərb ölkələri ilə Rusiya arasında qarşılıqlı ittihamlar və təhdidlər davam edərkən, bu gün Rusiyanın xarici işlər naziri Sergey Ryabkovdan həyəcanlı açıqlamalar gəlib.

Rusiyanın TASS xəbər agentliyinin verdiyi xəbərdə Ryabkov Rusiyanın Ukraynadakı müharibə təcrübəsini nəzərə alaraq nüvə silahı doktrinasını dəyişə biləcəyinə işarə edib.

Əgər nüvə münaqişəsi olarsa, qərb siyasətçiləri bunkerlərdə belə gizlənə bilməzlər”, - Ryabkov bildirib. Ryabkov nüvə silahı olan ölkələr arasında birbaşa münaqişənin ola biləcəyini desə də, anti-Rusiya münasibəti olmayan “digər” ölkələrlə hərbi tərəfdaşlığın yarana biləcəyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
turkustan.az

2Mənbələr