İranda prezidentliyə namizədlərdən daha biri, Tehran meri Əlirza Zəkani öz namizədliyini geri götürdüyünü bildirib.
Bizim.Media xəbər verir ki, bundan əvvəl vitse-prezident Hüseyn Qazızadə eyni qərarı vermişdi.
Hazırda prezident kürsüsünə iddialı siyasətçilər bunlardır:
parlament sədri Məhəmməd Baqir Qalibaf,
Ali rəhbərin TŞ-də nümayəndəsi Səid Cəlili,
keçmiş ədliyyə naziri Mustafa Purməhəmmədi,
sabiq səhiyyə naziri Məsud Pezeşkian.
Xatırldaq ki, İslam respublikasında prezident seçkilərində səsvermə 28 iyunda baş tutacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta