AZ

"Bu səbəblərə görə bizə Azərbaycan və Ermənistan arasında sülh lazımdır”-ABŞ rəsmisi

“İlham Əliyevə "sülhün vaxtının yetişdiyini" çatdıracağıq...”
 
“ABŞ çalışır ki, Mərkəzi Asiyadan mal ixracı Rusiya və Çindən deyil, alternativ yollarla, o cümlədən Azərbaycandan keçsin”.
 
Moderator.az xəbər verir ki,  bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
 
Diplomat bu mövzuya Bakıya gözlənilən səfəri kontekstində toxunub.
 
O`Brayen qeyd edib ki, Mərkəzi Asiya ölkələrindən dünya bazarlarına ixrac hazırda yalnız Çin və Rusiya vasitəsilə həyata keçirilir və  "digər yolla işləmək  üçün onlara Azərbaycanla əməkdaşlıq etmək lazımdır”.
 
“Bir marşrut Gürcüstandan Qara dənizə keçir, digəri isə, potensial olaraq daha böyük marşrut Azərbaycan, Ermənistan və Türkiyədən keçə bilər və bu səbəblərə görə bizə Azərbaycan və Ermənistan arasında sülh sazişi lazımdır”, - deyə diplomat açıq şəkildə izah edib.
 
O'Brayen əlavə edib ki, səfər zamanı o, Azərbaycan prezidenti İlham Əliyevə "sülhün vaxtının yetişdiyini" çatdıracaq.
 
S.Laçım
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
19
moderator.az

10Mənbələr